Ukrayna millisinin və "Roma"nın hücumçusu Artyom Dovbik karyerasını İtaliya çempionatının digər təmsilçisi "Bolonya"da davam etdirməyə yaxındır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Calcio Bologna" nəşri məlumat yayıb.
Bildirilib ki, 29 yaşlı hücumçu transfer öncəsi ətraflı tibbi müayinədən keçib. "Bolonya"nın tibbi heyəti futbolçunun sol bud nahiyəsindən keçirdiyi əməliyyatdan sonra tam sağaldığını təsdiqləmək istəyib.
Məlumata görə, ilkin razılığa əsasən, Artyom Dovbik yeni klubuna icarə əsasında keçəcək.
Qeyd edək ki, ukraynalı hücumçu ötən mövsüm İtaliya çempionatında "Roma"nın heyətində 14 oyunda meydana çıxıb. O, bu matçlarda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.