"Arsenal" komandanın kapitanı Martin Odeqard ilə mövcud müqaviləni 2026-cı ilə qədər uzatmağa yaxındır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, yaxın vaxtlarda klub nümayəndələri ilə Norveç millisinin yarımmüdafiəçisi arasında yeni uzunmüddətli müqavilə ilə bağlı danışıqların aparılması planlaşdırılır.
24 yaşlı skandinaviyalı futbolçunun xidmətinə "Barselona" da maraq göstərir.