Operativ Məlumat Mərkəzi

Ermənistan Azərbaycanla silahlanma yarışına girmək niyyətində deyil

1 dəq
Paylaş:
Ermənistan Azərbaycanla silahlanma yarışına girmək niyyətində deyil
bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda keçirilən mətbuat konfransında bildirib.Nazirin sözlərinə görə, bu mövqe Ermənistan...

İrəvan Azərbaycan da daxil olmaqla heç bir ölkə ilə silahlanma yarışına girmək niyyətində deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, bu mövqe Ermənistan hökumətinin rəsmi siyasətidir.

Papikyan vurğulayıb ki, silahlanma yarışından imtina ölkənin müdafiə qabiliyyətinin zəiflədilməsi demək deyil.

“Bu, Ermənistan Respublikasının silah və hərbi texnika almağı və ya orduda islahatları dayandıracağı anlamına gəlmir. Bu, belə deyil”, – deyə müdafiə naziri qeyd edib.

Papikyan əlavə edib ki, Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi və islahatlar hökumətin prioritetləri sırasında qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər