Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistanın ixracına mane yaradılır? - Paşinyandan açıqlama

3 dəq
Paylaş:
Ermənistanın ixracına mane yaradılır? - Paşinyandan açıqlama

Ermənistanın Rusiyada fəaliyyət göstərən “Luding” şirkətinin rəhbərliyi ilə bağlı yayılan iddiaların araşdırılması üçün hüquq-mühafizə orqanlarına tapşırıq verib. Şirkət Rusiyada spirtli içkilərin idxalı və satışı ilə məşğuldur.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Paşinyan jurnalistlərin suallarını cavablandırarkən şirkət rəhbərliyinin “Rospotrebnadzor”dakı mümkün əlaqələrindən istifadə edərək erməni konyak istehsalçılarına təzyiq göstərməsi və onlardan pay tələb etməsi barədə iddialara münasibət bildirib.

Ermənistanın Baş naziri bu barədə konkret məlumatının olmadığını, lakin səsləndirilən iddiaların ciddi şəkildə araşdırılacağını bildirib.

Paşinyan qeyd edib ki, araşdırma zamanı iddiaların təsdiqlənməsi halında hüquq-mühafizə orqanları müvafiq tədbirlər görəcək.

Baş nazir “Luding” şirkətinin sahibləri arasında vətəndaşlarının da olduğunu xatırladaraq məsələnin daha həssas xarakter daşıdığını vurğulayıb.

Paşinyan həmçinin iddiaların təsdiqlənəcəyi təqdirdə Rusiya tərəfinin də məsələ ilə bağlı müvafiq qiymətləndirmə aparacağına ümid etdiyini bildirib.

Bu iddialar Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxışında məhdudiyyətlərin artdığı bir dövrə təsadüf edir.

May ayından etibarən Rusiyanın “” qurumu Ermənistandan idxal olunan bir sıra məhsullara mərhələli şəkildə tətbiq etməyə başlayıb. İlkin mərhələdə çiçəklər, tərəvəzlər, meyvələr, üzüm və kartofla bağlı məhdudiyyətlər qüvvəyə minib.

İyunun 12-dən etibarən isə konservləşdirilmiş məhsullar istisna olmaqla, demək olar ki, bütün bitki mənşəli məhsulların, eləcə də balıq məhsullarının idxalına məhdudiyyətlər qoyulub.

Rusiya rəsmiləri qərarları fitosanitar və baytarlıq-sanitariya tələblərinin pozulması ilə əsaslandırır.

Məhdudiyyətlərə baxmayaraq, Rusiya Ermənistanın kənd təsərrüfatı məhsulları üçün əsas ixrac bazarı olaraq qalır. Məlumata görə, Ermənistanın kənd təsərrüfatı məhsulları ixracının 90 faizindən çoxu Rusiyanın payına düşür.

“Luding” şirkəti ilə bağlı irəli sürülən iddiaların araşdırılması və Rusiya bazarında Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətlər iki ölkə arasında ticarət əlaqələrinin yenidən gündəmə gəlməsinə səbəb olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax