“Araz-Naxçıvan”nın yeni rəqibi bəlli olub

“Araz-Naxçıvan”nın yeni rəqibi bəlli olub
01.01.2024 16:28
Aa
dəq

“Araz-Naxçıvan” futbol klubunun qış təlim-məşq toplanışında qarşılaşacağı rəqibi bəlli olub.

Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, komanda yoxlama görüşündə “Qəbələ” ilə gücünü sınayacaq.

Yanvarın 12-dən 16-dək Qəbələdə baş tutacaq təlim-məşq toplanışında “qırmızı-ağlar” “Kəpəz”lə yoldaşlıq oyunu keçirməklə bağlı qarşılıqlı razılıq əldə etmişdi. Amma Gəncə təmsilçisi son anda Qəbələyə yollanmaqdan imtina etdiyini bildirib. Yekun qərara əsasən, “Araz-Naxçıvan” - “Qəbələ” matçı yanvarın 15-də oynanılacaq.

Həftənin ən çox oxunanları