Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Amerika HIMARS sistemləri İran üçün hədəfə çevriləcək” - Əraqçi

2 dəq
Paylaş:
“Amerika HIMARS sistemləri İran üçün hədəfə çevriləcək” - Əraqçi

İranın naziri Əraqçi Mərkəzi Komandanlığına () İrana qarşı raket sistemlərinin yerləşdirilməsini təsdiqlədiyinə görə “təşəkkür” edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Əraqçi sosial şəbəkədəki paylaşımında CENTCOM-un qonşu ölkələrin ərazisindən istifadə edərək İrana qarşı HIMARS çoxsaylı buraxılışlı raket sistemləri yerləşdirdiyini etiraf etdiyini bildirib.

O qeyd edib ki, həmin sistemlər İran silahlı qüvvələri üçün legitim hədəfə çevriləcək.

“CENTCOM, qonşularımızın ərazisindən istifadə edərək əhalimizə qarşı, o cümlədən, görünür, duzsuzlaşdırma zavoduna qarşı HIMARS sistemləri yerləşdirdiyinizi etiraf etdiyiniz üçün təşəkkür edirəm”, – deyə iranlı nazir yazıb.

Əraqçi əlavə edib ki, İran bu sistemləri raket zərbələri ilə məhv edərsə, “heç kim şikayət etməməlidir”.

Qeyd edək ki, CENTCOM daha əvvəl ABŞ-yə məxsus HIMARS sistemlərinin İran ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə edildiyini açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax