Biz çalışırıq ki, ev təminatı məsələsində maliyyələşməni əlçatan və dayanıqlı edək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə maliyyə nazirinin birinci müavini Anar Kərimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.
“Biz nəinki gələcəyi formalaşdırırıq, gələcək də bizi formalaşdırır. Ev siyasəti ev tikməklə məhdudlaşmır. 2030-cu ilədək dünyanın 30 faiz əhalisinin ev təminatı məsələsinə ehtiyacı olacaq”, - deyə nazir müavini əlavə edib.