Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Anar Quliyev: Mənzil təminatı üçün beynəlxalq əməkdaşlıq vacibdir

2 dəq
Paylaş:
Anar Quliyev: Mənzil təminatı üçün beynəlxalq əməkdaşlıq vacibdir

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) göstərib ki, adekvat təminatına və dayanıqlı icmalara yalnız birgə məsuliyyət, əlaqələndirilmiş fəaliyyət və güclü sayəsində nail olmaq mümkündür.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar tədbirin bağlanış mərasimində bildirib.

Onun sözlərinə görə, bu günlər ərzində Bakı çağırışların həllində həmrəyliyin, tərəfdaşlığın və effektiv çoxtərəfli əməkdaşlığın vacibliyini bir daha nümayiş etdirib: "WUF13 başa çatsa da, burada – Bakıda möhkəmlənən tərəfdaşlıqlar, əsası qoyulan təşəbbüslər və yenidən təsdiqlənən öhdəliklər bu forumdan kənarda da davam edəcək. Ümid edirik ki, bu müzakirələr, imkanlar və təklif olunan həll yolları konkret fəaliyyətlərə çevriləcək, həmçinin dünya üzrə 3,4 milyard insana təsir edən mənzil və evsizlik problemlərinin həllinə töhfə verəcək. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsində vurğulandığı kimi, mənzil təminatı bir insan hüququdur və bu hüquq hamının rifahı üçün təmin edilməlidir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax