Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Amnistiya aktı 15 119 şəxsə şamil edildi - Ədliyyə Nazirliyi

2 dəq
Paylaş:
Amnistiya aktı 15 119 şəxsə şamil edildi - Ədliyyə Nazirliyi

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması barədə Milli Məclisin 19 dekabr 2025-ci il tarixli geniş miqyasda icra edilib. Amnistiya tədbirləri 22 dekabr 2025-ci ildən 8 fevral 2026-cı ilədək müvafiq dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Ədliyyə Nazirliyi bildirib ki, bu müddət ərzində prokurorluq və məhkəmə orqanları ilə koordinasiyalı şəkildə Penitensiar və Probasiya xidmətləri, eləcə də İstintaq idarəsi üzrə ümumilikdə 15 min 119 şəxs barəsində amnistiya olunub.

Nazirliyin açıqlamasına əsasən, amnistiya çərçivəsində 5 min 148 nəfər müddətli azadlıqdan məhrumetmə cəzasından, 8 min 914 nəfər isə azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan cəzalardan azad edilib. Eyni zamanda, azadlıqdan məhrumetmə cəzası çəkən 1 045 məhkumun cəza müddəti 6 ay azaldılıb. Bundan başqa, ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə 12 nəfər cinayət məsuliyyətindən azad olunub.

Cəzaçəkmə müəssisələrində olan şəxslər arasında Vətən müharibəsində iştirak etdiyinə görə 15 nəfər, həmçinin amnistiya qərarı qüvvəyə mindiyi tarixədək 60 yaşına çatmış daha 15 nəfər cəzadan azad edilənlər sırasındadır.

Statistikaya görə, amnistiya tətbiq olunan şəxslərdən 1 216-sı böyük ictimai təhlükə törətməyən, 13 054-ü az ağır, 849-u isə ağır cinayətlərə görə edilmiş şəxslərdir. Ümumilikdə amnistiya 14 345 kişi (onlardan 18-i yetkinlik yaşına çatmayan) və 774 qadını edib.

Ədliyyə Nazirliyi amnistiya aktının icrasının hazırda da davam etdiyini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax