BMT WUF13 forumunun uğuru üçün UN-habitat ilə yanaşı böyük töhfə vermiş Azərbaycana minnətdarlığını bildirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində bildirib.
"Mən WUF13-ün burada, Bakıda keçirilməsindəki müstəsna qonaqpərvərliyə və liderliyə görə Azərbaycan hökumətinə və xalqına səmimi minnətdarlığımı bildirmək istərdim", - Amina Mohammed bildirib.
O, həmçinin BMT-nin Azərbaycandakı əməkdaşlarına, UN-Habitat-a və bütün BMT sisteminə "bu forumun uğurunda əsas rol oynamış öz işinə dəyişməz sadiqliklərinə və peşəkarlıqlarına görə" təşəkkür edib.