BMT baş katibinin müavini Amina C. Məhəmməd özünün "X" sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı məzmunlu müzakirələr barədə paylaşım edib.
O, Azərbaycanın qlobal çağırışlar qarşısında nümayiş etdirdiyi fəaliyyəti xüsusi vurğulayıb:
- COP29 sədrliyi: Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki uğurlu rəhbərliyi.
- Beynəlxalq tədbirlər: Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi.
Amina C. Məhəmməd qeyd edib ki, kollektiv fəaliyyətə ehtiyacın artdığı bir dövrdə Azərbaycanın iqlim diplomatiyası, çoxtərəflilik və əməkdaşlığın inkişafı istiqamətindəki davamlı səyləri böyük əhəmiyyət daşıyır.