Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Əsədov TDT-nin inkişafından danışdı

2 dəq
Paylaş:
Əli Əsədov TDT-nin inkişafından danışdı

Azərbaycanın Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentlərinin görüşündə çıxışı zamanı bildirib ki, təşkilatın bugünkü inkişaf səviyyəsi dövlət başçılarının məqsədyönlü siyasətinin və qətiyyətli iradəsinin nəticəsidir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir.

Onun sözlərinə görə, müasir münasibətlər sistemi bu gün mürəkkəb sınaqlarla üz-üzədir: "Dünyanın müxtəlif bölgələrində münaqişələrin dərinləşməsi, risklərinin artması, logistika zəncirlərində pozuntular, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar dövlətlərarası əməkdaşlığın aktuallığını daha da artırır.

Xüsusilə son zamanlar regionda müşahidə olunan gərginlik və artan eskalasiya şəraitində qarşılıqlı həmrəylik və koordinasiya olduqca böyük əhəmiyyət kəsb edir. Belə mürəkkəb şəraitdə Türk Dövlətləri Təşkilatı geniş coğrafiyada sülhün, sabitliyin, inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə töhfə verən mühüm beynəlxalq platformadır."

Baş nazir çıxışında əlavə edib: "Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin və qətiyyətli iradəsinin nəticəsidir. Məhz onların ardıcıl səyləri təşkilat çərçivəsində əməkdaşlığın ildən-ilə daha da dərinləşməsini və Türk dünyasında həmrəyliyin möhkəmlənməsini təmin edən əsas amildir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax