Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Əsədov neft-qaz sənayesinin inkişafı üçün tapşırıqlar verdi

2 dəq
Paylaş:
Əli Əsədov neft-qaz sənayesinin inkişafı üçün tapşırıqlar verdi

Bu gün İqtisadi Şuranın və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən xəbər verilib.

Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən, neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövrə neft məhsullarına ölkə daxili tələbatın dayanıqlı təmin olunması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələ ilə bağlı -ın prezidenti Nəcəf təqdimatla çıxış edib. İclasda İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının üzvləri və dəvət olunanlar AİH-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru iştirak ediblər.

İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq AİH-in İdarə Heyətinə, SOCAR və aidiyyəti qurumlara verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax