Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Rusiyaya rəsmi səfər etməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə spiker jurnalistlərə açıqlamasında məlumat verib.
Simonyan qeyd edib ki, səfər Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun dəvəti əsasında baş tutacaq.
Hazırda səfərin dəqiq tarixləri dəqiqləşdirilməsə də, hazırlıq prosesi davam edir.
Spiker bu səfərin qarşılıqlı xarakter daşıdığını vurğulayıb. Səfər rəsmi statusda həyata keçiriləcək. Bu, Valentina Matviyenkonun İrəvana etdiyi səfərə cavab xarakteri daşıyır. Görüşlərdə ikitərəfli parlamentlərarası əlaqələrin müzakirəsi nəzərdə tutulur.
Xatırladaq ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko daha əvvəl geniş nümayəndə heyəti ilə Ermənistanda səfərdə olmuşdu.