Ağsuda məktəb yararsız vəziyyətdədir

Ağsuda məktəb yararsız vəziyyətdədir
23.02.2023 10:02
Aa
dəq

Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini Adil Kərimli nazirliyin məsul şəxsləri ilə birlikdə Ağsu rayonundakı Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana, Mədəniyyət Mərkəzi, Mədəniyyət evi, Ağsu şəhər Uşaq Musiqi Məktəbi və Ağsu Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən xəbərə görə, həmin müəssisələrin fəaliyyəti ilə tanışlıq zamanı əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, yaradıcı insanların, o cümlədən, istedadlı gənclərə dəstək göstərilməsi, onların yerli və ölkə əhəmiyyətli müsabiqələrdə təmsil olunmasına şərait yaradılması, tədris şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

84 nəfər müəllim və texniki işçi heyətinin çalışdığı, 271 şagirdin təhsil aldığı Ağsu şəhər Uşaq Musiqi Məktəbinə baxış zamanı məktəb binasının qəzalı vəziyyətdə olduğu və belə şəraitdə tədrisin davam etdirilməsinin mümkünsüzlüyü müəyyən edilib.

Rayon üzrə Fövqəladə Hallar Komissiyasının müvafiq aktı öyrənildikdən sonra hazırkı vəziyyətdə tədrisin mövcud binada davam etdirilməsinin təhlükəli olduğu bildirilib. Müəllim və şagird heyətinin müvəqqəti olaraq binadan çıxarılması, tədrisin bu müddətdə digər binada davam etdirilməsinə qərar verilib.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu