Əsas məzmuna keç

Ağcabədi sakinindən 4 kiloqramdan artıq heroin aşkarlanıb

Ağcabədi sakinindən 4 kiloqramdan artıq heroin aşkarlanıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinindən 4 kiloqramdan artıq heroin aşkarlayıb. Bu barədə Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər...

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinindən 4 kiloqramdan artıq heroin aşkarlayıb.

Bu barədə Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, məhkum olunmuş Sədi saxlanılıb. Həmin şəxsin üzərindən və rayonun Hindarx qəsəbəsindəki evindən 4 kiloqramdan artıq heroin aşkarlanıb. Dindirilmə zamanı S.Cəfərov narkotik vasitəni satış məqsədi ilə Ağcabədi rayonuna gətirdiyini bildirib.

Bundan başqa rayon ərazisində son bir ay ərzində keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 19 nəfər saxlanılıb. Nəticədə 5 kiloqramdan artıq müxtəlif növ qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…