AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb
19.08.2024 12:26
Aa
dəq

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə təyinat alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Rumıniyada yerli ÇFR və Kiprin "Pafos" komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, avqustun 22-də Kluj-Napoka şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Həftənin ən çox oxunanları