Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

AFFA UEFA-nın ayırdığı 6 milyonluq vəsaitin bölgüsünü açıqladı

2 dəq
Paylaş:
AFFA UEFA-nın ayırdığı 6 milyonluq vəsaitin bölgüsünü açıqladı

UEFA-dan AFFA-ya Nə Qədər Vəsait Ayrılıb və Necə Xərclənəcək?

AFFA-nın -dan vəsaiti hansı istiqamətlərə xərcləyəcəyi müəyyənləşib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə milli assosiasiyanın hesabatında rəsmi olaraq bildirilib.

Ölkədə futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq məqsədilə UEFA-nın Hat- Həmrəylik proqramları çərçivəsində 2024/20252025/2026 mövsümləri üçün AFFA-ya ümumilikdə 6 milyon 435 min 438 manat ayrılıb.

Həmin məbləğ müxtəlif yaş qrupları üzrə milli komandaların, müxtəlif yaş qrupları üzrə liqaların, grassroots proqramlarının, hakimlik, məşqçilik, infrastruktur və digər sahələrin standartlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub.

FIFA-nın Maliyyə Dəstəyi: Əsas Hədəflər Nələrdir?

Bundan əlavə, -nın "Forward" və futbolun müxtəlif inkişaf proqramları çərçivəsində uzunmüddətli perspektivdə yerli futbol və idarəetmə sistemlərini dəstəkləmək məqsədi ilə AFFA-ya 2 milyon 874 min 917 manat maliyyə vəsaiti ayırdığı vurğulanıb.

Bildirilib ki, bu dəstək vasitəsilə həm gənc futbolçuların yetişdirilməsi, həm məşqçi potensialının artırılması, həm də stadionlar və təlim-məşq bazalarının standartlarının yüksəldilməsi mümkün olacaq. Ayrılan vəsaitin strateji istifadəsi yerli futbolun davamlı inkişafını və standartlara uyğun idarəetmə sistemlərinin tətbiqini təmin edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax