Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın ÜDM-nin 2026-cı ildə 2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ADB-nin "Asiyanın İnkişaf Perspektivləri" adlı iyul icmalında bildirilir.
Bank Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan üçün proqnozları hər iki il üzrə dəyişməz saxlayıb.