Abşeronda bir gündə 147 sürücü cərimələnib

Abşeronda bir gündə 147 sürücü cərimələnib
24.06.2023 10:47
Aa
dəq

Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirlər davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri iyunun 23-də rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.

Polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası – küçə ticarəti, avaralıq və dilənçilik, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə, səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.

Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 4 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, “isti izlərlə” cinayətin açılması 6, narkotiklə əlaqəli cinayətlərə görə 5, küçə ticarəti ilə məşğul olduqlarına görə 26, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 7, xırda xuliqanlığa görə 3, xırda talamaya görə 81, antisanitariya və digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 577 fakt aşkarlanıb, mülki axtarışa görə 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 147 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran eləcə də konstruksiyasında dəyişiklik edən 12 sürücü, dayanma-durma qaydalarının pozulmasına görə 114 fakt müəyyən edilib.

Abşeron rayonunda polis əməkdaşları tərəfindən xidmətin nümunəvi təşkili və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılır.

Həftənin ən çox oxunanları

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
DAVAMIN OXU davamın oxu

Bu il dəyəri 120 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb

Bu il dəyəri 120 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb
DAVAMIN OXU davamın oxu

Bakıda 22 min dollarlıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda 22 min dollarlıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib

Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib
DAVAMIN OXU davamın oxu