ABŞ prezidenti Co Bayden administrasiyası İraqın baş naziri Məhəmməd əl-Sudanidən İranın öz ərazisindən İsrailə hücumunun qarşısını almağı tələb edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Ağ Ev bildirib ki, İraq bu əmrə əməl etməsə, ABŞ İsrailin İraq ərazisinə zərbə endirməsinə mane ola bilməz.
Nəşrin mənbələrinə görə, Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və ABŞ dövlət katibi Antoni Blinken İranın İsrailə planlaşdırdığı hücumu müzakirə ediblər.