Birləşmiş Ştatlar köhnə nüvə başlıqlarını modernləşdirilmiş nüvə başlıqları ilə əvəz etməklə beş Avropa ölkəsində yerləşdirilmiş nüvə arsenalını yeniləməyə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) media departamentinin rəhbəri Alister Burnett bildirib.
Burnett vurğulayıb ki, Vaşinqton bu məsələni ictimaiyyətə açıqlamayıb, lakin arsenalın yenilənməsi davam edir.