Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Keşlədə 58 nəfər təxliyə edilib, Bakıda su basmış yerlər təmizlənir - YENİLƏNİB-2

2 dəq
Paylaş:
Keşlədə 58 nəfər təxliyə edilib, Bakıda su basmış yerlər təmizlənir - YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Qurumdan “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, hazırda Bakı şəhərinin Xəzər, Sabunçu, , Binəqədi, Səbail və Qaradağ rayonlarında, həmçinin rayonu və Bakı-Sumqayıt yolundakı su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər tədbirləri davam etdirilir.

Bundan əlavə, Keşlə qəsəbəsində ümumilikdə 58 nəfər vətəndaş təxliyə edilib.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.

***

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər subasmaya məruz qalıb. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”FHN-dən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 37 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri hazırda davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Adil hadisə ilə əlaqədar ərazidədir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax