Əsas məzmuna keç

Yeni Papa seçildi - YENİLƏNİB

Yeni Papa seçildi - YENİLƏNİB

kardinal Robert Frensis Prevo Roma Papası seçilib. O, XIV Lev adını alıb. Onu meydanda 40 mindən çox insan qarşılayıb. 69 yaşlı kardinal Robert...

Yeni seçilən Roma Papasının kimliyi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters"ə istinadən xəbər verir ki, Frensis Roma Papası seçilib.

O, XIV Lev adını alıb.

Onu meydanda 40 mindən çox insan qarşılayıb.

69 yaşlı kardinal Robert Prevo əslən Çikaqodandır. Prevo mərhum papanın siyasətinin tərəfdarı kimi tanınır: yoxsullara kömək etməyi, miqrantları və açıq kilsəni müdafiə edir.

Prevo 2023-cü ilin sentyabrında kardinal olub.

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. Yeni pontifikin seçilməsi üçün Vatikanda konklav mayın 7-də toplanıb.

***

Vatikanda yeni Roma Papasının seçildiyi bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sikstin kapellasının damındakı bacadan ağ çıxıb.

Qaydalara görə ağ tüstü yeni papanın seçildiyini bildirir. Kardinallar namizədlərdən birinə səslərin üçdə ikisindən çoxunu veriblər.

Yeni Papanın kim olduğu hələlik məlum deyil.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…