Əsas məzmuna keç

Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv...

Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Bakıda səfərdə olan ölkələrin Baş prokurorları, nümayəndə heyətlərinin rəhbərləri, təşkilatların məsul əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Bundan sonra Baş prokurorlar Mərkəzi Park ərazisində xatirə ağaclarının əkilməsi mərasiminə qatılıblar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…