Əsas məzmuna keç

Vətəndaşları şantaj edən baş redaktor və redaktor saxlanılıb

Vətəndaşları şantaj edən baş redaktor və redaktor saxlanılıb

Sosial şəbəkələrdə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist adı altında pul edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sumqayıt, Şirvan, Astara və Göyçay sakini olan bir neçə şəxsin müraciəti əsasında əvvəllər də dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə məhkum olunmuş “İynə” satirik jurnalının baş redaktoru 62 Baloğlan Mirzəliyev və redaktoru 55 yaşlı Elxan Heydərov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Fakta görə başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

DİN-in Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə məlumatı təsdiqləyiblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…