Əsas məzmuna keç

Türkiyədə daha 2 nəfər dağıntılar altından sağ çıxarıldı

Türkiyədə daha 2 nəfər dağıntılar altından sağ çıxarıldı

Türkiyənin Hatay şəhərində 35 yaşlı kişi dağıntılar altından sağ çıxarılıb. Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” “TRT haber”ə istinadən xəbər verir....

Türkiyənin Hatay şəhərində 35 yaşlı kişi altından sağ çıxarılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” “TRT haber”ə istinadən xəbər verir.

Eyni zamanda Qırğızıstan xilasediciləri bu gün 7 yaşlı Aliayçiçek adlı uşağı dağıntılar altından çıxarıblar. Bunu isə Özbəkistanın naziri Vladimir Norov tviter hesabında yazıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb. Təbii fəlakət zamanı həmçinin 80 mindən çox insan xəsarət alıb.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…