Operativ Məlumat Mərkəzi

"Türkiyə ilə hər sahədə daha çox əməkdaşlıq qurmaq istəyirik"

3 dəq
Paylaş:
"Türkiyə ilə hər sahədə daha çox əməkdaşlıq qurmaq istəyirik"
bununla bağlı xarici KİV məlumat yayıb. Nazir Diop Ankara–Bamako xəttində texnologiya transferi də daxil olmaqla müxtəlif seçənəklərin mümkün olduğunu...

Malinin xarici işlər naziri Abdoulaye Diop başqa ölkələrdən pulunu versələr belə əldə edə bilmədikləri inkişaf etmiş müdafiə sənayesi məhsullarını Türkiyədən tədarük etdiklərini və bunun ölkədə təhlükəsizliyin təmin edilməsi baxımından çox önəmli olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Nazir Diop Ankara–Bamako xəttində texnologiya transferi də daxil olmaqla müxtəlif seçənəklərin mümkün olduğunu vurğulayıb.

Mali xarici işlər naziri Diop, 10 il əvvəl ölkələrində dronun belə olmadığını, amma indi təhlükəsizlik qüvvələrinin çox inkişaf etmiş İHA–SİHA sistemlərinə sahib olduğunu vurğulayır.

O, Türkiyədən aldıqları çox xüsusi bir elektron müharibə sistemi olduğunu da əlavə edir və belə davam edir:

“Pulunu versək də başqa ölkələrdən əldə edə bilmədiyimiz texnologiyaları Türkiyə böyük bir cəsarət göstərərək bizimlə paylaşır. Beləcə inkişafımıza da kömək edirlər. Bəzi başqa ölkələr isə bizim təbii sərvətlərimizə və mədənlərimizə göz dikir. Onları istifadə etməyimizi əngəlləmək istəyirlər. Bundan əlavə, Türkiyə əvvəllər terrorla mübarizə aparıb və onu məğlub edib. Buna görə də əməkdaşlığımız çox dəyərlidir. Əlbəttə, məsələ yalnız silahlanma deyil. Malidə bir müdafiə sənayesi qurmaq və inkişaf etdirmək istəyirik. Türkiyə ilə müdafiə, təhlükəsizlik, ticarət, təhsil və texnologiya sahələrində irəliləyirik. Hər iki ölkə bir-birinə çox hörmət edir.
Öz təhlükəsizliyimizi təmin etmək istəyirik. Lakin bunun üçün daha çox inkişaf etməyimiz vacibdir. Məhz burada Türkiyə dəstək olur. Məsələyə yalnız müdafiə sənayesi kimi baxmayın. Türk şirkətləri Malidədir. Türk iş adamları da burdadır. Türk Hava Yolları və Maarif kimi güclü qurumlar da fəaliyyət göstərir. Ankaranın burada ciddi bir mövcudluğu var. Aramızdakı potensialın çox yüksək olduğuna inanıram. Bizi müdafiə edən Türkiyə ilə hər sahədə daha çox əməkdaşlıq qurmaq istəyirik. Hər ikimiz müsəlman ölkələrik. Türkiyə ədalətli bir yanaşma sərgiləyir və biz bunu çox yüksək qiymətləndiririk”, - o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər