Əsas məzmuna keç

Türkiyə “Dəmir günbəz” HHM sistemi yaradacaq

Türkiyə “Dəmir günbəz” HHM sistemi yaradacaq

bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilən müdafiə sənayesi icraiyyə komitəsinin iclasının yekunları üzrə “TRT...

Türkiyədə süni intellektdən istifadə edilməklə çoxsəviyyəli “Dəmir ” hava hücumundan (HHM) yaradılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidenti Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilən müdafiə sənayesi icraiyyə komitəsinin iclasının yekunları üzrə “TRT Haber” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, “Dəmir günbəz” layihəsi HHM sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını və real vaxt rejimində qərarların qəbulu üçün onun vasitəsilə məlumatların ötürülməsini nəzərdə tutur.

Telekanalın məlumatına görə, eyni zamanda Silahlı Qüvvələr üçün KAAN milli qırıcısı, “Bayraktar TB3”, “Akıncı” və “Aksungur” PUA-larının, kamikadze-dronların və mini dronların, radioelektron mübarizə sistemlərinin, müxtəlif dərəcəli PUA-lardan mühafizə sistemlərinin alınması layihələri də nəzərdən keçirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…