Əsas məzmuna keç

TƏBİB: 22 nəfərin travma səbəbi ilə müraciəti qeydə alınıb

TƏBİB: 22 nəfərin travma səbəbi ilə müraciəti qeydə alınıb

Təcili və Yardım Mərkəzinə qarlı ilə bağlı 22 nəfərin travma səbəbilə müraciəti qeydə alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən bildirilib.

Müxtəlif bədən xəsarətləri, xüsusilə ətrafların travması diaqnozu ilə 22 nəfər profil üzrə xəstəxanalara təxliyə olunublar.

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.

Relyefi çətin ərazilərdə xidmət göstərmək üçün avtomobillər ("Mitsubishi Pajero", "UAZ", "Mercedes Vito", "Volkswagen" markalı) hazır vəziyyətə gətirilərək xəttə buraxılıb.

Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…