Əsas məzmuna keç

TANAP ilə Türkiyə və Avropaya nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb

TANAP ilə Türkiyə və Avropaya nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb

Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 83,36 milyard kubmetr Azərbaycan qazı tədarük edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" ...

Bu günə qədər Trans-Anadolu Qaz Boru () ilə 83,36 milyard kubmetr qazı tədarük edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə “SOCAR Türkiye” şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu həcmlərin 34,18 milyard kubmetri Türkiyəyə, 49,18 milyard kubmetri isə Avropaya çatdırılıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…