Operativ Məlumat Mərkəzi

Şuşada fləşmob keçirilib

1 dəq
Paylaş:
Şuşada fləşmob keçirilib
Azad edilmiş ərazilərdə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob Şuşada təşkil edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qaçqınların və...

Azad edilmiş ərazilərdə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob Şuşada təşkil edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Şuşa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Doğma yurda qayıdışın sevincini yaşayan uşaqlar birlikdə “Şuşa” sözünü “canlandırıblar”.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura "Böyük Qayıdış" Proqramı intensiv qaydada icra edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər