Əsas məzmuna keç

Siciliya sahillərində miqrantları daşıyan qayıq batdı

Siciliya sahillərində miqrantları daşıyan qayıq batdı

İtaliya maliyyə polisi və sahil mühafizə xidmətinin patrul gəmiləri tərəfindən 18 nəfər xilas edilib, 5 nəfərin cəsədi tapılıb. İtkin düşənlərin axtarışı...

İtaliyanın Siciliya sahillərində miqrantları batıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İtaliya maliyyə polisi və mühafizə xidmətinin patrul gəmiləri tərəfindən 18 nəfər xilas edilib, 5 nəfərin cəsədi tapılıb.

İtkin düşənlərin axtarışı dənizdə və quruda davam etdirilir.

Bundan başqa, ötən gecə Lampeduza adasına iki qayıqdan xilas edilən ümumilikdə 95 gətirilib. Onlar Liviyanın Zouara bölgəsindən və Tunisin Əl-Əmra şəhərindən yola çıxan Suriya, Eritreya, Efiopiya və Sudan vətəndaşlarıdır.

Adadakı miqrant düşərgəsindən daha 200 nəfər bərə-gəmisi ilə Siciliya adasının Porto Empedokl limanına yola salınıb. Hazırda düşərgədə 181 miqrantın olduğu bildirilir.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…