Əsas məzmuna keç

Şahruddin "Qarabağ"ı tərk edir?

Şahruddin "Qarabağ"ı tərk edir?

"köhlən atlar"ın siyahısında Hamidu Keyta, Redon Cica və Şahruddin Məhəmmədəliyev yer almayıb. Millimizin qapıçısının adının iştirak ərizəsində...

"" Avropa Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi.

Offsideplus.az xəbər verir ki, " atlar"ın siyahısında Hamidu Keyta, Redon Cica və Şahruddin Məhəmmədəliyev yer almayıb. Millimizin qapıçısının adının iştirak ərizəsində olmamasının səbəbi bəllidir. 30 qolkiper zədəlidir. Futbolçunun müalicəsi ən yaxşı halda hələ 1 ay davam edəcək. Bundan sonra isə bərpa olunmaq üçün fərdi məşqlərə başlayacaq. Yəni, Şahruddin ən yaxşı halda dekabrda yaşıl meydanlara qayıda biləcək. Qurban Qurbanov AL-də heyətdə problem yaşamamaq üçün onun adını iştirak ərizəsinə salmayıb.

Bəs, millimizin əsas qolkiperi "Qarabağ"dan ayrılacaq?

Şahruddinin komandadan ayrılıb-ayrılmaması həm özündən, həm də digər qapıçılar - Mateuş Koxalski və Fabian Buntiçdən asılıdır. Şahruddin zədədən qayıtdıqdan sonra adları futbolçularla rəqabət aparmaq istəsə, komandada qalacaq. Lakin millimizin "Qarabağ"dan ayrılmaq və icarəyə göndərilmək istəsə, ona problem yaradılmayacaq.

Qeyd edək ki, mövsümün əvvəlində Şahruddinlə 1 illik müqavilə imzalanıb. (offside)

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…