Operativ Məlumat Mərkəzi

“Sabah” baş məşqçisi ilə yollarını ayırıb

1 dəq
Paylaş:
“Sabah” baş məşqçisi ilə yollarını ayırıb
“Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev vəzifəsindən ayrılıb. Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şimali...

“Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev vəzifəsindən ayrılıb.

Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şimali makedoniyalı mütəxəssis ailə vəziyyəti ilə əlaqədar olaraq komandanı tərk edib.

“Sabah” klubu gördüyü işlərə görə ona təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Sabah” komandası Azərbaycan basketbol tarixində ilk dəfə olaraq B. Mitevin rəhbərliyi ilə FIBA Avropa kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər