Əsas məzmuna keç

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ - 14.07.2025

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ - 14.07.2025

Azərbaycanda iyulun 15-də havanın yağmursuz keçəcəyi, 40 dərəcə isti olacağı gözlənilir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli...

Azərbaycanda iyulun 15-də havanın yağmursuz keçəcəyi, 40 dərəcə isti gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, Bakıda və yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti olacaq. təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-40° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…