Əsas məzmuna keç

Qubadlıda yük avtomobili aşıb, sürücü xəsarət alıb

Qubadlıda yük avtomobili aşıb, sürücü xəsarət alıb

Qubadlı rayonunun Hal kəndi ərazisində “İVECO” markalı yük avtomobili idarəetməni yol kənarına , sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Qubadlı rayon yanğından mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Onlar deformasiyaya uğramış vasitəsində sıxılı vəziyyətdə qalan,1995-ci il təvəllüdlü Kənan Səyyad oğlu Rəhimlini çıxarıb təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…