Qax rayon sakini, 2002-ci il təvəllüdlü Orxan Qəhrəmanovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
O.Qəhrəmanova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Ruslan Ramazanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.