Operativ Məlumat Mərkəzi

Putin İlham Əliyevi ad günü münasibətilə təbrik edib - YENİLƏNİB

2 dəq
Paylaş:
Putin İlham Əliyevi ad günü münasibətilə təbrik edib - YENİLƏNİB
məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin rəhbərliyinizlə Azərbaycan sosial və...

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir.

Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək, bu da şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının mənafelərinə cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Ən səmimi salamlarımı ailənizə çatdırmağı xahiş edirəm".


***
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib və iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcəyinə əminliyini ifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin bildirib ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sosial-iqtisadi sahələrdə mühüm uğurlar qazanıb və beynəlxalq arenada mövqelərini ardıcıl şəkildə möhkəmləndirib.

Rusiya lideri vurğulayıb ki, Moskva və Bakı arasındakı münasibətlər dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət kimi möhkəm ənənələrə əsaslanır və gələcəkdə də hər iki xalqın maraqlarına xidmət edən strateji tərəfdaşlıq və müttəfiqlik xətti üzrə inkişaf edəcək.

Vladimir Putin İlham Əliyevə möhkəm cansağlığı, firavanlıq və fəaliyyətində yeni uğurlar arzulayıb, həmçinin ailə üzvlərinə salamlarını çatdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər