Əsas məzmuna keç

Prezident sərəncam İMZALADI - 21.08.2024

Prezident sərəncam İMZALADI - 21.08.2024

Prezident oktyabr çağırış sərəncamı imzaladı. 2006-cı il doğumlu gənclər həqiqi xidmətə çağırılır.

İlham Əliyev vətəndaşlarının oktyabrın 1-dən 30-dək müddətli hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərəncama əsasən, 2006-cı ildə doğulmuş və gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989–2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…