Operativ Məlumat Mərkəzi

Polşa Belarusla sərhədini açacaq

1 dəq
Paylaş:
Polşa Belarusla sərhədini açacaq

Polşa sentyabrın 25-nə keçən gecə Belarusla sərhəd-keçid məntəqələrini açacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk bildirib.

“Biz bu qərarı daxili işlər naziri ilə birgə qəbul etdik, o, dəmir yolu və avtomobil sərhəd keçidlərində əməliyyatların bərpası ilə bağlı bu gün müvafiq əmr verəcək”, - Tusk bildirib.

Polşanın baş naziri qeyd edib ki, sərhədin bağlanması Rusiya-Belarus “Zapad-2025” hərbi təlimləri ilə bağlıdır.

O bildirib ki, sərhəd keçidinin dayandırılmasının bilavasitə səbəbləri artıq öz qüvvəsini itirib.

Sentyabrın 11-də Polşa Belarusla sərhədini tamamilə bağlayıb . Tusk bunu Moskva ilə Minsk arasında keçirilən hərbi təlimlərlə əlaqələndirib .

Bu xəbəri paylaş

Oxşar xəbərlər