İran Prezidenti Məsud Pezeşkian istefa verəcəyi ilə bağlı yayılan iddiaları rədd edərək, fəaliyyətini davam etdirəcəyini bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Ya güclə irəliləyəcəyik, ya da şəhid olacağıq. Hər iki halda bu bizim üçün qələbədir”, – o bildirib.
Pezeşkian əlavə edib ki, öz həyatını Əli Xameneinin həyatından daha dəyərli hesab etmir. O, ölkənin problemlərinin həlli üçün meydanda olmağın vacibliyini vurğulayıb.
Prezidentin bu açıqlaması "Iran International"ın onun istefa vermək istədiyi barədə yaydığı məlumatdan bir neçə saat sonra səsləndirilib.
Həmin məlumatda iddia olunurdu ki, Pezeşkian Ali Rəhbərin ofisinə məktub göndərərək vəzifəsindən ayrılmaq istədiyini bildirib.
İran hökuməti bu xəbəri dərhal təkzib edib. Hökumət sözçüsü Fatemeh Mohajerani yayılan məlumatın ölkədə sabitliyi pozmağa yönəlmiş dezinformasiya kampaniyasının bir hissəsi olduğunu deyib.