Operativ Məlumat Mərkəzi

Peskov: Rusiya heç kimə hücum etməyəcək

1 dəq
Paylaş:
Peskov: Rusiya heç kimə hücum etməyəcək
bu barədə Fransanın “Le Point” qəzetinə müsahibəsində deyib. "Xeyr. Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı bizim heç vaxt problemimiz...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın heç kimə hücum etmək niyyəti yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransanın “Le Point” qəzetinə müsahibəsində deyib.

"Xeyr. Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı bizim heç vaxt problemimiz olmayıb və olmayacaq", - Kreml nümayəndəsi bildirib. O qeyd edib ki, Finlandiya ərazisində hərbi infrastruktur tədricən formalaşır.

Peskov bu müsahibəsində Avropanın müharibə, Rusiyanın isə danışıqlar istədiyini vurğulayıb. Moskvanın mövqeyi ilə Brüsselin mövqeləri hazırda üst-üstə düşmür. O əlavə edib ki, Rusiya Avropanı danışıqlara məcbur etməyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər