Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Vətən müharibəsi zamanı Ermənistanın Gəncəyə hücumunun üçüncü ildönümü ilə bağlı paylaşım edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ombudsmanın “X” hesabında yazılıb.
“İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə ilk raket hücumundan üç il ötür”, - paylaşımda bildirilib.