Əsas məzmuna keç

Müdir vəzifəsi üzrə müsahibələrə start verilib

Müdir vəzifəsi üzrə müsahibələrə start verilib

Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsi üzrə müsahibələrə start verilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Məktəbəqədər və Ümumi...

müəssisələrində müdir vəzifəsi üzrə müsahibələrə start verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Aprelin 22-dən 25-dək keçiriləcək müsahibə mərhələsində namizədlərin bacarıqları, və idarəetmə keyfiyyətləri, eləcə də məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi qiymətləndiriləcək.

Müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Xatırladaq ki, test imtahanı mərhələsini uğurla tamamlayan 214 namizəd müsahibədə iştirak hüququ qazanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…