Belarus Prezidenti Aleksandr Lukaşenko Hindistanın Baş naziri Narendra Modini ölkəsinə səfərə dəvət edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Belarusda Baş nazir Modini görməkdən məmnun olarıq. Biz onu hər zaman qəbul etməyə hazırıq və onu gözləyirik. Bütün belarus xalqı da eyni fikirdədir. Əminəm ki, onlar burada çox təcrübəli, savadlı və nüfuzlu bir insan olan Baş naziri görmək istərlər”, – Belarus lideri bildirib.
Lukaşenko qeyd edib ki, onun Hindistanın Baş naziri ilə çox səmimi və isti münasibətləri formalaşıb:
“Çində Şanxay Əməkdaşlıq Təşkilatının iclaslarında olduğu kimi son vaxtlar biz onunla beynəlxalq platformalarda daim ünsiyyətdə oluruq”.
O həmçinin vurğulayıb ki, Minsk Hindistanın 2026-cı ildə BRİKS-ə sədrlik müddətinin uğurlu keçməsi üçün lazım olan hər şeyi etməyə hazırdır.