Operativ Məlumat Mərkəzi

Milli Məclisdə məsələ QALDIRILDI: İnternet problemi...

1 dəq
Paylaş:
Milli Məclisdə məsələ QALDIRILDI: İnternet problemi...
bunu parlamentin “Azərbaycan Respublikası 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı internet qiymətləri barədə danışan...

“Vətəndaşları narahat edən məsələ ondan ibarətdir ki, ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu parlamentin “Azərbaycan Respublikası 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı internet qiymətləri barədə danışan deputat Naqif Həmzə deyib.

O bildirib ki, artıq 3 aydır internet sürəti, qiyməti və istifadəsi haqda yeni qaydalar tətbiq olunur:

“Bu addımın nə ilə əlaqədar olduğunu və nə üçün edildiyini bilirik və dəstəkləyirik. Sadəcə vətəndaşları narahat edən məsələ ondan ibarətdir ki, ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil. Xüsusilə də regionlarda bu fərq daha çoxdur.

Provayderlərin texniki imkanlarının artırılması müqabilində bu problem aradan qaldırıla bilər. Xahiş edirəm problemin həllinə dəstəyinizi əsirgəməyin”. (yenicag)

Naqif Həmzəyev: Səfirliyimizə qarşı terror İranın Azərbaycan reallıqlarını qəbul etməməsi ilə əlaqədardır - Yeni Gəncə

Bu xəbəri paylaş

Oxşar xəbərlər