Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin Ukraynaya xəyanət etdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Zaxarova Moskvada cari məsələlərlə bağlı həftəlik mətbuat konfransı zamanı qeyd edib.
Qərb ölkələrinin, xüsusilə də ABŞ və Böyük Britaniyanın Kiyev rəhbərliyinə Rusiya ilə sülh danışıqlarını davam etdirməsini qadağan etdiyini iddia edən Zaxarova, "Onlar (Qərb ölkələri) Ukrayna məsələsinin bitməsini istəmirlər. Onlara bu hekayənin hansısa formada davam etməsi lazımdır. Anti-Ukrayna kampaniyasının arxasında duran Rusiya və Anqlosakson dueti çevrilişlər etməklə bu münaqişələri qızışdırıb, sonra isə imkan vermədilər. Ukrayna danışıqlar yolu ilə getməlidir. Hamı başa düşür ki, Qərb Ukrayna xalqının etimadını həyasızcasına istifadə edərək, Ukraynaya xəyanət edib. Onlar (ukraynalılar) Qərbə etibar ediblər. Qərb isə onları aldadıb", - deyə bildirib.