Əsas məzmuna keç

Levon Mnatsakanyan son söz çıxışını yekunlaşdırıb

Levon Mnatsakanyan son söz çıxışını yekunlaşdırıb

məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan son söz çıxışını davam etdirib. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla...

Dekabrın 25-də Bakı Hərbi Məhkəməsində Respublikası vətəndaşlarının ittiham olunduğu üzrə prosesi şəxslərin son söz çıxışları ilə davam etdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Levon son söz çıxışını davam etdirib.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib və deyib: “Mənə qarşı irəli sürülmüş ittihamların heç birində özümü günahkar hesab etmirəm”.

O, ibtidai istintaqda dediklərindən imtina etdiyini söyləyərək, məhkəmədən qərar qəbul edərkən yalnız məhkəmədə dediklərinin əsas kimi götürülməsini xahiş edib.

Levon Mnatsakanyan fikirlərini sona qədər ifadə etməyə şərait yaratdığına görə məhkəməyə təşəkkür edib. Sonda o, üç gün ərzində etdiyi çıxışı – 51 səhifəlik mətni məhkəmə protokollarına əlavə etmək üçün məhkəməyə təqdim edib.

Ardınca təqsirləndirilən şəxs Arkadi Qukasyan son söz çıxışına başlayıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…