Əsas məzmuna keç

Lavrov: “Ümid edirik ki, bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək”

Lavrov: “Ümid edirik ki, bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək”

“Ümid edirik ki, Moskvadakı atmosferdə keçəcək”.

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bunu Rusiyanın naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri və ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

“Sonuncu görüşümüz uzun müddət qabaq olub. Çox sayda yeni mövzu yaranıb. Ümid edirəm ki, bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək və sizin birbaşa dialoqunuz əlavə nəticələrin əldə olunmasına kömək edəcək”, - o vurğulayıb.

“Üçtərəfli formatda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı bütün müzakirələrə nəzər salmağı və Rusiya Federasiyasının bunu asanlaşdırmaq üçün istifadə edə biləcəyi imkanları nəzərə alaraq gələcək addımların razılaşdırılmasını təklif edərdim”, - Rusiya XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatlarda dayanıqlı həllə nail olmaq üçün “yol xəritəsi” var.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…